Fransa millisinin keçmiş hücumçusu Tyerri Anri Kilian Mbappenin gələcəyi barədə fikirlərini bölüşüb.
Bu barədə Sports.ru məlumat yayıb.
“Mbappe ilə nə baş verdiyini anlamıram. Çox sayda mülahizələr yürütmək və çox söz demək olar. Mən görürəm ki, o komandadadır, məşq edir, oynayır və öz həmkarları üçün şans yaratmağa çalışır, qollar vurur. Oyunçu öz müqaviləsinin şərtlərini yerinə yetirir, pis heç nə etmir. Dediyim kimi, istisna oyunçulardan danışanda hər zaman pis bir şey axtarır, xırdalıqlara fikir veririk. Ümid edirəm, Mbappe PSJ-də qalacaq, hər şey yaxşı olacaq”, - deyə T.Anri bildirib.