axin.az

SON DƏQİQƏ

ABŞ idmançısı Rusiyada nadir hadisələrdən birinə imza atdı - FOTO

23-08-2021, 12:38



Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında nadir hallardan biri yaşanıb.

Axın.az xəbər verir ki, ABŞ güləşçisi Brekston Ceyms Amos özünü həm sərbəst, həm də yunan-Roma güləşində sınayıb.

O, güləşin hər iki növündə medal qazanıb. Brekston Amos əvvəlcə 97 kq-da sərbəst güləş üzrə dünya çempionu olub. Dünən isə o, həmin çəki dərəcəsində bürünc medal qazanıb.



Qeyd edək ki, bu dünya çempionatında Azərbaycan güləşçiləri də iştirak edib. Azərbaycan idmançıları ümumilikdə 11 medal (sərbəst güləşdə 3 gümüş, 2 bürünc medal, qadın güləşində 2 bürünc medal və yunan-Roma güləşində 1 qızıl, 1 gümüş və 2 bürünc medal) qazanıblar. Yunan-Roma güləş millimiz bu nəticə ilə meydan sahibi Rusiya və İrandan sonra dünya üçüncü olub.

Səbuhi Musayev


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA