axin.az

SON DƏQİQƏ

Messinin göz yaşlarını sildiyi salfet satışa çıxarıldı

13-08-2021, 18:23



Lionel Messinin “Barselona”da keçirdiyi vida mətbuat konfransında istifadə etdiyi kağız salfet bir milyon dollara satışa çıxarılıb.

Bu barədə elan “Mercado Libre” saytında yerləşdirilib.

“Mercado Libre, Inc” ABŞ-da qeydiyyatdan keçən, baş ofisi isə Argentinanın paytaxtı Buenos-Ayresdə yerləşən elektron ticarət və onlayn hərracın təşkilini həyata keçirən şirkətdir.

Xatırladaq ki, argentinalı ulduz futbolçu peşəkar karyerasına başladığı və uzun illər formasını geyindiyi klubdan ayrıldığını elan edərkən göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, “Qızıl top”un altıqat qalibi karyerasını Fransanın PSJ klubunda davam etdirəcək.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ekim 2021    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA