Rusiyanın Soçi şəhərində dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, dünya kubokunda uğurla irəliləyən şahmatçımız Vasif Durarbəyli 1/8 finalda dünyanın güclü şahmatçılarından biri olan hindistanlı Santoş Vidit ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya kubokunda iştirak edən 6 şahmatçımız (Şəhriyar Məmmədyarov, Nicat Abasov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova) yarışda mübarizəni dayandırıblar.
Xatırladaq ki, Dünya kubokunun finalçıları şahmat tacı uğrunda iddiaçılar turnirinə vəsiqə qazanacaq.