Amerika Kubokunda bütün yarımfinalçılar məlum oldu - VİDEO
İdman
4-07-2021, 13:06
Bu gün futbol üzrə Amerika Kubokunun 1/4 final mərhələsi çərçivəsində son iki oyun keçirilib.
Kolumbiya yığması Uruqvay millisi ilə qarşılaşıb. Oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə bitib. Reqlamentə əsasən, əlavə vaxt olmadan penalti seriyası təyin edilib.
Penalti seriyasında Kolumbiya yığması 4:2 hesabı ilə rəqibini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Digər oyun Argentina və Ekvador milliləri arasında baş tutub. Oyun Argentina yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, yarımfinal mərhələsində Argentina yığması iyulun 7-si Kolumbiya millisi ilə qarşılacaq. Digər yarımfinal matçı iyulun 6-sı Braziliya və Peru arasında baş tutacaq.