Bakıda keçiriləcək AVRO-2020-nin son oyununun hakimi Niderlanddan olacaq

121 1-07-2021, 13:09 İdman



Bakıda keçiriləcək AVRO-2020-nin 1/4 final matçının hakimlərinin adları açıqlanıb.

Axın.az xəbər verir ki, iyulun 3-də keçiriləcək Çexiya – Danimarka matçını Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Byörn Köypers olacaq. Sander van Rökel və Ervin Tseynstra yan xətt hakimləri, rusiyalı Sergey Karasyov isə dördüncü hakim qismində ona köməklik edəcək. VAR hakimi Niderlanddan olan Pol van Bökel olacaq.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya-Danimarka oyunu saat 20:00-da başlayacaq.

XƏBƏR LENTİ