Azərbaycan millisinin daha bir futbolçusu Polşada çıxış edəcək.
Axın.az xəbər verir ki, millimizin cinah müdafiəçisi, Ukrayna əsilli Anton Krivotsyuk Polşanın “Visva” (Plotsk) komandasına keçib.
22 yaşlı müdafiəçi Plotsk təmsilçisi ilə iki illik müqavilə bağlayıb. Onun müqaviləsinin müddəti 2023-cü ilin iyunun 30-dəkdir. Yeniyetmə yaşlarından “Neftçi”də çıxış edən və bu klub ilə ötən mövsüm Azərbaycan çempionu olmuş Anton Krivotsyuk yeni komandasında 5 nömrəli forma ilə çıxış edəcək. Əvvəl bu formanı komandanın kapitanı Bartvomey Selevski geyinirdi.