axin.az

SON DƏQİQƏ

Şərhçi Andronov Azərbaycanı AVRO 2020 üçün akkreditasiya mövzusunda dəstəklədi

12-06-2021, 17:12



“NTV-plus” və “Matç TV”-nin keçmiş şərhçisi, hazırda “Viasat Sport”da çalışan Aleksey Andronov Avro-2020 üçün akkreditasiya məsələsində Azərbaycanın tərəfini tutub.

Bu barədə sports.ru xəbər verib.

“Sadə bir şey insanlara nə vaxt çatacaq? Birincisi, gedəcəyiniz ölkənin qanunlarını pozmayın. İkincisi, İran möhürü ilə İsrailə getməyə cəhd edin, görüm alınır?”, - dedi. Andronov əlavə etdi ki, gələn il Gürcüstanda basketbol üzrə Avropa Çempionatının finalı olacaq və çətin ki, Abxaziyaya səfər edən insanlar ora gedə bilsin.

“Krımı ziyarət edənlərin çoxu Kiyevdə Çempionlar Liqasının finalına düşə bilmədi. Özümüzün seçdiyi yoldur”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, Bakı Qarabağa qanunsuz səfərlər həyata keçirdən Nobel Arustamyan, Konstantin Qeniç və Mixail Mossakovskinin AVRO-2020 üçün akkreditasiyasını bloklayıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Ağustos 2021    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA