“Beşiktaş” Abubakarı dünya ulduzu ilə əvəzləyəcək

İdman
9 May 2021
16:21


Ötən mövsüm hücum xəttinə liderlik edən Vinsent Abubakarı itirən “Beşiktaş” bu mövqeyə məşhur futbolçunu transfer etmək istəyir.

Bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, İstanbul klubu hücum xəttində yaranmış boşluğu doldurmaq üçün Dieqo Kostaya elçi düşüb.

Hazırda futbolçunun meneceri ilə danışıqlar aparıldığı qeyd olunur.