İtaliyanın “Milan” futbol klubunun keçmiş futbolçusu Seyid Visin 20 yaşında vəfat edib.
Bu barədə klubun “Twitter” hesabında bildirilib.
Gənc oyunçunun meyiti valideynləri tərəfindən İtaliyanın Kampania bölgəsində Noçera-İnferiore qəsəbəsindəki mənzilində tapılıb. Ölüm səbəbi hələlik məlum deyil.
Seyid Visin Efiopiyadandır. İtaliyaya yeddi yaşında gəlib, yerli bir ailə tərəfindən himayəyə götürülüb. Visin “Milan” gənclər akademiyasında oxuyub. 2017-ci ildə o, mini futbola keçib.