Bu gün Çempionlar Liqasında 2020/2021 mövsümünün final oyunu keçiriləcək.
Axın.az xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti” və “Çelsi” klubları üz-üzə gələcək.
Oyun Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda baş tutacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Zadəganlar” ÇL-də ikinci, “Şəhərlilər” isə ilk dəfə kubokun sahibi ola bilər.
Cütlük sonuncu dəfə İngiltərə Premyer Liqasında qarşılaşıb. Həmin görüşdə “Mançester Siti” ilk hissədə 1:0 hesablı üstünlük əldə etsə də, ikinci hissədə “Çelsi” geri dönüş edərək, 2:1 hesabı ilə qələbə qazanıb.
“Şəhərlilər”in heyətində Türkiyə əsilli İlkay Gündoğanın oynamayacağı dəqiqdir. “Zadəganlar”ın heyətində isə ciddi itki yoxdur.
Xatırladaq ki, Çempionlar Liqasının son qalibi “Bavariya”dır.
29 may
23:00. “Mançester Siti” (İngiltərə) - “Çelsi” (İngiltərə)
Baş hakim: Antonio Mateu Laos
Portuqaliya, “Draqau” stadionu