Mövsümün sonunda “Mançester Siti” ilə yollarını ayıracağı dəqiqləşən Serxio Aquero karyerasını La Liqada davam etdirəcək.
İtaliyalı idman yazarı Fabrisio Romano artıq hücumçunun “Barselona” ilə müqaviləsini razılaşdırdığını bildirib. Bu barədə “Twitter”də paylaşım edən jurnalist yaxın günlərdə imzalanacaq müqavilənin iki il müddətinə nəzərdə tutulduğunu qeyd edib.
Həmçinin, müqavilədə klubun Çempionlar Liqasında qələbə qazanacağı təqdirdə argentinalıya bonus ödəyəcəyi də nəzərdə tutulub.