İsveç millisinin hücumcusu Zlatan İbrahimoviç Avro-2020-nim başlanğıcına qədər zədədən bərpa olunmağa vaxt tapacaq.
AXİN.AZ xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb. Bildirilib ki, "Milan"ın 39 yaşlı oyunçusu dizindən aldığı zədə səbəbindən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. O, Avropa çempionatının başlamasına bir həftə qalmışa kimi hazır olacaq.
Qeyd edək ki, Avropa çempionatı 11 iyun - 11 iyul tarixlərində keçiriləcək. İsveç millisi İspaniya, Polşa və Slovakiya ilə eyni qrupda oynayacaq.