PSJ-nin hücumçusu Neymar Fransa kubokunda "Monako" ilə final oyununu kənardan izləməli olacaq.
AXİN.AZ xəbər verir ki, yarımfinalda "Monpelye" ilə görüşdə sarı vərəqə alaraq limiti dolduran futbolçu cəzaya məruz qalıb.
Bu səbəbdən braziliyalı oyunçu həlledici oyunda iştirakdan məhrum olub.
Qeyd edək ki, final oyunu 19 mayda keçiriləcək.