İbrahimoviç cəzalandırıldı

İdman
13 Nis 2021
23:43


A seriyasının 30-cu turunda “Parma” ilə matçda hakimi təhqir etdiyi üçün meydandan qovulan “Milan”ın futbolçusu Zlatan İbrahimoviçin cəzası açıqlanıb.

Qol.az A seriyasının rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bir oyunluq cəzalandırılıb. İsveçli forvard növbəti turda “Cenoa” ilə keçiriləcək oyunu buraxacaq.

Bundan başqa, Zlatan 5 min avro məbləğində cərimə olunub.
11.05.2021
20:00
"Real" Mendini itirdi