"Real"ın yeni prezidenti seçilib

İdman
13 Nis 2021
21:00


Florentino Peres İspaniyanın "Real" klubunun prezidenti seçilib.

Axin. Az apasport.az-a istinadən xəbər verir ki, funksioner prezident seçkilərində iştirak üçün yeganə namizəd olduğundan avtomatik olaraq yenidən bu posta sahib çıxıb.

Digər namizəd olmadığından seçkilərin keçirilməsinə ehtiyac duyulmayıb. O, 2021-2025-ci illərdə də kluba rəhbərlik edəcək.

Qeyd edək ki, son 12 ildə "Real"ın prezidenti olan Peres 2000-06-cı illərdə də bu postu tutub.
11.05.2021
20:00
"Real" Mendini itirdi