"Uduzmağımızın əsas səbəbi azarkeşlərin olmamasıdır"

İdman
10 Nis 2021
21:32


"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının bu mövsüm qarşılaşdığı çətinliklərdən danışıb.

Axin.Az qol.az-a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis matçlara azarkeş buraxılmamasının "mersisaydlılar"a mənfi təsir etdiyini vurğulayıb:

"Bir çox komanda problemlə qarşılaşdı. Həm də ev oyunlarımızın hamısını qazana bilməməyimizin səbəbi kifayət qədər yaxşı oynamadığımızdır. Bəzi ev oyunlarında düşünürdüm ki, tribunada azarkeşlər olmasa da, bu görüşdə mütləq qalib gələcəyik. Ancaq bu, belə olmadı. Premyer Liqadakı son altı ev oyunumuzda məğlub olduq. Heyrətlidir! Biz bu durumu dəyişdirməliyik. Ancaq belə şeylər yalnız məşq zamanı dəyişdirilə bilməz, sadəcə düzgün tənzimləməliyik. Ev oyunlarında niyə bu qədər güclü olduğumuzu uzun müddət heç kim anlaya bilmədi. Ən azından nəticə baxımından. Bu məğlubiyyətləri indi izah etmək asan deyil, amma əsas səbəb azarkeşimizin az olmasıdır. Evdə boş tribunalarla çox yaxşı matçlar keçirdiymiz də olub. İndi bu çıxışı təkrar etməliyik".

Qeyd edək ki, "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 49 xalla 7-cidir.
11.05.2021
20:00
"Real" Mendini itirdi