Ozan Kabak birdəfəlik "Liverpul"a keçir

İdman
10 Nis 2021
20:30


"Liverpul" "Şalke"dən icarəyə götürdüyü Ozan Kabakı birdəfəlik transfer etməyi planlaşdırır.

Axin.Az qol.az-a istinadən xəbər verir ki, "mersisaydlılar" 20 yaşlı müdafiəçinin çıxışından razıdır. Buna görə də yayda onu Almaniya klubundan birdəfəlik transfer etmək istəyir. Keçid reallaşarsa, Premyer Liqa təmsilçisi türkiyəli oyunçuya görə qarşı tərəfə 21 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ozan kabak "Şalke"dən icarə əsasında "Liverpul"a bu qış keçib. O, komandanın heyətində 9 matça çıxıb.
11.05.2021
20:00
"Real" Mendini itirdi