Apellyasiya Arbitraj Tribunalı “Qəbələ”nin şikayətini təmin etməmək barədə qərar çıxarıb.
Oxu.Az xəbər verir ki, AFFA İntizam Komitəsinin 16.03.2021-ci ildə qəbul etdiyi qərarla 14.03.2021-ci ildə Premyer Liqanın XX turunun “Qəbələ” – “Zirə” oyununun 29-cu dəqiqəsində meydan sahibinin gürcü futbolçusu Merab Qiqaurinin “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
O buna görə üç oyun cəzalandırılıb, klub isə 2 400 manat cərimə olunub. Apellyasiya Arbitraj Tribunalı həmin qərarı qüvvədə saxlayıb.