İtaliyanın “Milan” klubunun baş məşqçisi Stefano Piolinin gələcək taleyinə aydınlıq gəlib.
AzxeberSport xəbər verir ki, klub rəhbərliyi çalışdırıcıya dəstək nümayiş etdirib.
A seriyası təmsilçisi Piolini növbəti mövsümdə də komandada saxlamağa üstünlük verib. “Milan”ın cari mövsümdəki nəticələri buna təsir etməyəcək. Hətta komanda Çempionlar Liqasına düşməsə də, baş məşqçi dəyişikliyi olmayacaq.
Qeyd edək ki, A seriyasının 29 turundan sonra “Milan” ikinci pillədə qərarlaşıb.