Kunqfu üzrə dünya və Avropa çempionu, qadınlardan ibarət milli komandanın baş məşqçisi Anar Süleymanlı Unikal.org-a açqılamasında İdmançıların hazırki durumundan danıb.
O pandemiya dövründə idmançılarda ruh düşkünlüyünün yarandığını bildirib:
"İdmançılarımızın durumu yaxşı deyil. Pandemiya dövründə qapalı məkanda idman etmək qadağandır. Biz də bu vaxt ərzində zallarımızı təmirə bağlamışıq.
Düzdür hələ ki, beynəlxalq federasiya tərəfindən də yarışlarla bağlı məlumat daxil olmayıb. Buna görə də ciddi təlim-məşq toplanışları yoxdur.
Bəzi məşqçilərimiz parklarda, açıq havada məşqləri mərpa etməyə başlayıb. Ancaq üemumi olaraq onu deyim ki, 90 faiz idmançılarımız hazır deyil. Məşqsiz qalan hər bir federasiyada idmançıların durumu necədirsə bizdə də o vəziyyətdir. Onlarda ruh düşkünlüyü yaranıb.
Biz də federasiya olaraq narahatıq ki, sonrakı dönüş çətin olacaq. Bildirim ki, ümumilikdə 50-yə yaxın qadın kunqfuçumuz var. Onlardan 15 nəfəri millinin tərkibindədir".
"İdmançşılar, məşqçi heyəti və federasiya rəhbərliyi nazirliyə zalların açılması ilə əlaqədar kifayət qədər müraciət edob. Ancaq Gənclər və İdman Nazirliyindən bildirilib ki biz operativ qərargaha müraciət etmişik. Ancaq mən düşünürəm ki, nazirlik Operativ Qərargaha təqdim etdiyi təklif planları o qədər məntiqli və tutarlı olmur. Buna görə də OQ nazirliyin təqdim etdiyi təklifləri rədd edir. O da əgər nazirlik müraciət edibsə.
Görünən tərəf odur ki, Gənclər və İdman nazirliyi zalların açılmasında bir o qədər maralı deyil"-deyə dünya çempionu deyd edib.