UEFA Azərbaycana verilən vaxtın müddətini uzatdı

İdman
8 Nis 2021
21:30


UEFA Avro-2020-yə ev sahibliyi edəcək azarkeşlərlə bağlı planlarını müəyyənləşdirmək üçün son müddəti uzadıb

Axin.az "France Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi nümayəndəsi açıqlama verib. Onun sözlərinə görə, müddət aprelin 7-dən aprelin 28-dək artırılıb.

Qeyd olunub ki, bəzi görüşlərin digər şəhərlərə salınması, bəzilərinin isə azarkeşsiz keçirilməsi mümkündür.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.