İngiltərənin “Tottenhem” futbol klubunun hücumçusu Harri Keyn Premyer Liqada yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu buna ötən gün “Nyukasl” komandası ilə matçda (2:2) nail olub. O, görüşdə dubl etməklə (4 dəqiqədə 2 qol) səfər oyunlarında vurduğu qolların sayını 84-ə çatdırıb. Bu isə Premyer Liqada çıxış edən futbolçular arasında ən yüksək göstərici hesab edilir.
Qeyd edək ki, Harri Keyn cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə 41 matçda 29 qol vurub və 16 məhsuldar ötürmə edib.