"Barselona"nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ehtimalını yüksək qiymətləndirib.
Sportinfo.az xəbər verir ki, o deyib:
"Bu, həqiqətən vacib bir sualdır. Leonun mümkün qədər uzun müddət klubda qalması üçün hər şeyi edəcəyik. Ancaq indi növbəti mövsüm barədə düşünməməliyik.
Sabahkı matç haqqında düşünməliyik. Gələcək isə rəhbərliyə aiddir. Bununla bağlı danışmaq yaxşıdır, amma mən və futbolçular oyunlara diqqət yetirməliyik".
Messinin "Barselona" ilə müqaviləsi iyunda başa çatır.