"Real"ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan karyerasını ABŞ-da davam etdirə bilər.
AXİN.AZ xəbər verir ki, 26 yaşlı futbolçu hazırda "İnter Mayami"də baxışdadır. Futbolçu ilə bağlı qərar məşqçilər korpusunun rəyindən sonra veriləcək. MLS klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
Enzo, 2012-2017-ci illər aralığında Real-da çıxış edib. Sonradan İspaniyanın Almeria klubunda oynayan yarımmüdafiəçi ötən ilin oktyabrından azad agentdir.