Futbol üzrə İtaliya millisinin məşqçilər heyətində koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.
Axin.az İtaliya Futbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, dünya çempionatının seçmə mərhələsinin Litva ilə oyunundan (2:0) sonra 4 nəfərin testi müsbət nəticə verib. Məşqçilərin adları açıqlanmayıb.
İddiaya görə, məşqçilərdən biri hələ Bolqarıstanla matçdan (2:0) sonra özünü pis hiss edib. İtaliyaya qayıtdıqdan sonra həmin şəxsin virusa yoluxduğu bəlli olub. Ardınca isə daha 3 nəfərdə infeksiya aşkarlanıb.
Qeyd edək ki, “C” qrupunda mübarizə aparan İtaliya millisi 3 turda maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir.