“Barselona”nın qadınlardan ibarət komandası bu mövsüm ağlasığmaz nəticəyə imza atıb.
Axin.az Qol.az-a istinadən xəbər verir ki, hazırda İspaniya çempionatının yüksək liqasında mübarizə aparan Kataloniya təmsilçisi liderliyini davam etdirir. Maraqlıdır ki, onlar keçirdiyi 21 oyunun hamısında qələbə qazanıb və hazırda 63 xalla turnir cədvəlinə rəhbərlik edir. İkinci yerdə qərarlaşan “Levante”nin 54 xalı var (24 oyun, 17 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət).
Qeyd edək ki, “Barselona” 21 oyuna 100 qol vurub və cəmi 3 qol buraxıb (+97).