Almaniya millisinin üzvü Toni Kroosun yığmadakı karyerasını bitirəcəyi vaxt məlum olub.
Axin.az Sport7.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Avro-2020-dən sonra daha milli formanı geyinməmək qərarına gəlib. Təcrübəli yarımmüdüfiəçinin "Real"dakı oyunlarına daha yaxşı hazırlaşmaq üçün bu addımı atdığı bildirilib.
Kroos Almaniya formasında meydana çıxdığı 101 oyunda 17 qola müəlliflik edib.