Həbib Nurməhəmmədov: “Makqreqor heç vaxt əvvəlki səviyyədə olmayacaq”

İdman
22 Şub 2021
20:11


UFC çempionu Həbib Nurməhəmmədov yarışların iki çəki dərəcəsində keçmiş qalibi Konor Makqreqorun əvvəlki səviyyəyə qayıda bilməyəcəyindən əmin olduğunu açıqlayıb.

Bu barədə Gazeta.ru yazıb.

H.Nurməhəmmədov qeyd edib ki, idmançı üçün heç vaxt ikinci zirvə olmur.

“Onun barədəsində demirəm, ümumiyyətlə… İnsanda heç vaxt ikinci dəfə zirvə olmur. Komandada isə ola bilər. “Real” 2000-ci ildə, sonra isə 2014, 2015, 2016-cı illərdə qalib gəlib. Orada futbolçular dəyişir. Mən isə biz – döyüşçülər barədə danışıram. Güləşçi, boksçu, atlet olan biri heç zaman iki dəfə zirvədə olmur”, - deyə H.Nurməhəmmədov bildirib.