Di Françeskonun müqaviləsi uzadıldı

İdman
25 Oca 2021
22:34



İtaliyanın “Kalyari” klubu baş məşqçisi Eusebio Di Françesko ilə müqaviləni yeniləyib.

Axin.az xəbər verir ki, bu barədə A seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Eusebio 2020-ci ilin avqustudan “Kalyari”ni çalışdırır. Onun əvvəlki müqaviləsi 2022-ci ilin yayına qədər idi. “Kalyari” A Ssriyasında 18-ci sırada yer alır.