"Doğru yoldayıq" - Ronaldodan qələbə şərhi

İdman
25 Oca 2021
21:30




"Yuventus"un futbolçusu Kriştiano Ronaldo İtaliya A seriyasının 19-cu turunda "Sassuolo"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Axin.az Qol.az-a istinadən [center][/center]xəbər verir ki, o, matçdan sonra özünün "İnstaqram" hesabında yazıb: "Çox vacib bir qələbə! Doğru yoldayıq! Eyni ruhda davam edirik".

Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"un heyətində bütün turnirlərdə 21 matçda iştirak edib, 20 qol vurub və 4 qolun ötürməsini verib.