Luis Suares koronavirusa yoluxdu

İdman
17 Kas 2020
10:00
Luis Suares koronavirusa yoluxdu
İspaniyanın "Atletiko" klubunun və Uruqvay millisinin futbolçusu Luis Suaresin koronavirusa yoluxub.

"oxu.az"ın Uruqvay Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçunun testi müsbət nəticə verib. İndi Suaresi daha bir test yoxlayır. Amma istənilən halda, o, qarşıdakı görüşləri buraxmalı olacaq.

Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Noyabrın 21-də isə "Atletiko" İspaniya La Liqasının X tur matçında "Barselona" ilə görüşəcək.

Qeyd edək ki, Luis Suares "Atletiko"ya mövsümün əvvəlində "Barselona"dan keçib.