"Arsenal"ın futbolçusu Məsut Özil karyerasını ABŞ-da davam etdirə bilər.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, MLS təmsilçilərindən "Los Anceles Qelaksi" 32 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Klubun türkəsilli alman oyunçu ilə müqavilə imzalamaq istədiyi bildirilir.
Qeyd edək ki, Özilin adı Premyer Liqa və Avroliqa üçün iştirak ərizəsinə salınmaylb. O, mart ayından Londən təmsilçisində oynamır.