Bu gün Almaniya Bundesliqasında 32-ci tura start veriləcək.
Axin.az xəbər verir ki, ilk oyun gününə 4 görüş nəzərdə tutulub.
Ən maraqla gözlənilən matç Bremendə olacaq. Burada “Verder” lider “Bavariya”nı qəbul edəcək. Sona üç tur qalmış ən yaxın izləyicisi “Borussiya”nı (Dortmund) 7 xal qabaqlayan Münhen klubu bugünkü oyunda qalib gəslə, çempionluğunu rəsmiləşdirəcək.
“Verder” – “Bavariya” matçı Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Qeyd edək ki, “Bavariya”nın 73, Dortmund “Borussiya”nın 66 xalı var. “Leyptsiq” isə 62 xalla 3-cüdür.