Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun ABŞ təmsilçisi Castin Geyci ilə görüşünün vaxtı bəlli olub.
"axin.az"in məlumatına görə, bu barədə TASS-a Nurməhəmmədovun meneceri Rizvan Məhəmmədov məlumat verib. O, qarşılaşmanı sentyabrda keçirməyi planlaşdırdıqlarını söyləyib.