"Tottenhem"in futbolçusu Son Hın Min koronavirusa görə karantinə salınacaq.
Axin.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu qolu sındığı üçün ölkəsi Koreyaya əməliyyat olunmağa gedib. Orada isə koronavirus yayılması səbəbindən oyunçunun İngiltərəyə qayıdarkən 2 həftəlik karantində qalacağı bildirilib.
"Tottenhem" futbolçusunun virusa yoluxmayacağından əmindir.