İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.
Axin.az xəbər verir ki, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək. Bu ölkənin mətbuatı Rossinin MLS təmsilçisi "Real Solt-Leyk"lə müqavilə bağladığını yazıb.
ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.
Qeyd edək ki, Cüzeppe Rossi karyerası ərzində “Mançester Yunayted”, Nyukasl”, “Fiorentina”, “Vilyareal”, “Selta” və “Parma”da da çıxış edib. O, İtaliya yığmasının heyətində 30 oyuna 7 qol vurub.