Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmovun “Rizin” turnirində debütü uğurlu alınıb.
Axin.az-ın xəbərinə görə, 28 yaşlı idmançımız Yaponiyanın Hamamatsu şəhərində keçirilən “Rizin 21” turnirində özündən iki yaş böyük Quam (ABŞ) təmsilçisi Kayl Aquondan üstün olub.
Bu, onun peşəkar MMA karyerasında 15-ci qələbəsi olub.
Həmçinin, bu döyüşlə V.Kərəmov ardıcıl 11-ci qələbəsini qazanıb.