Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Axin" xəbər verir ki, hadisə Ramana qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb.
Belə ki, qəza zamanı 1995-ci il təvəllüdlü Abdulzadə Elşən Müzəffər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin küt travması və belin əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.