Bakıda polisə silahlı müqavimət göstərən narkotik şübhəlisi saxlanıldı
Hadisə
28-01-2025, 16:42
Bakı şəhərində narkotiklə əlaqəli cinayətlərə görə axtarışda olan şübhəli şəxs, polis tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, 39 yaşlı Ceyhun Aslanov əvvəllər məhkum edilib və saxlanıldıqda polis əməkdaşları xidməti silah tətbiq edərək onu zərərsizləşdirib. Aslanovun yaşadığı ünvanda külli miqdarda narkotik maddə aşkar olunub. Hazırda cinayət işi başlanılıb və istintaq davam edir.