Əsgərlərdən Rüşvət Almaqda İttiham Edilən Gizirə 8 İl Həbs Cəzası Verildi
Hadisə
27-01-2025, 16:51
Baş gizir rüşvət almaqda ittiham olunaraq 8 il həbs cəzası alıb.
Məlumata görə, N saylı hərbi hissənin rabitə bölüyündə baş çavuş vəzifəsində xidmət edən və baş gizir rütbəsində olan hərbçi, iki əsgərdən qanunsuz məzuniyyətə göndərmək üçün pul almaqda ittiham edilib. Araşdırmalara əsasən, hər iki əsgər xidmət yerlərini tərk edərək ailələrinin yanına getmək üçün gizirə 100 manat ödəniş edib. Həmin vəsaitlər gizirin bank kartına köçürülüb.
Baş gizir isə özünü günahsız hesab edərək, əsgərlərin xidmət yerlərini tərk etdiyi zaman hərbi hissədə olmadığını və bu səbəbdən onlara kömək etməsinin mümkün olmadığını iddia edib.
Buna baxmayaraq, məhkəmə baş giziri təqsirli bilib və ona 8 il həbs cəzası verilməsi barədə qərar çıxarıb.