Yanvarın 15-də Sumqayıt şəhərində baş verən qətl hadisəsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Axın.az-ın əldə etdiyi məlumata görə, şəhərin Kimyaçılar qəsəbəsində 2008-ci il təvəllüdlü Emil Qələndərov həyatını itirib. Hadisənin araşdırılması nəticəsində polis əməkdaşları tərəfindən şübhəli bilinən şəxslər, 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. adlı iki qardaş saxlanılıb və istintaqa təhvil verilib.
İlkin məlumatlara əsasən, münaqişənin səbəbi söyüş olub və bu səbəbdən iki qardaş E.Qələndərovu qətlə yetirib.
Məlum olub ki, Emil Qələndərov ailəsinin tək övladı idi. O, ata-anasını erkən yaşlarında itirib və Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi olub.