Ağ Şəhərdə mənzildə partlayışdan sonra başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Hadisə
15-01-2025, 16:30
Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Axın.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
xxx
14:56
Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər ərazisində mənzildə partlayış hadisəsi baş verib.
Axın.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.