Türkiyənin Osmaniyə şəhərində Kamil Kara bulvarında Mustafa Gülər ilə tanışları arasında dava düşüb.
Axın.az yerli mətbuata istinadən xəbər verir ki, Gülərin dostları onu vəhşicəsinə döyüb, sonra bicaqlayıblar. 16 yaşlı gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədə şübhəli bilinən hər iki şəxs həbs olunub.