Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb: yaralı var
Hadisə
29-11-2024, 15:43
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlax şəhəri ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Bildirilir ki, nəticədə avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
11:45
Yevlaxda sərnişin avtobusu TIR-a çırpılıb, yaralanan var.
Trend-in yerli müxbirinin əldə etdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hadisə nəticəsində xəsarət alan olduğu bildirilsə də, onun kimliyi barədə hələ ki, heç bir məlumat yoxdur.