Sumqayıtda taksi sürücüsü qarət olunub.
Axın.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, iyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Axın.az