Türkiyənin Kapadokya bölgəsində 22 nəfərin olduğu hava balonu külək səbəbindən qayaların arasında ilişib.
Axın.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd olunub ki, səhər saatlarında baş ver qəzadan dərhal sonra hadisə yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları göndərilib.
Şarda olan insanlar xilas edilib.
Qayalara ilişən hava şarının eniş anı ətrafdakı insanlar tərəfindən lentə alınıb.