Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki “VAZ 2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb