“Taliban” BMT-yə vəd verib

26 22-09-2022, 14:00 Hadisə



Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” təşkilatı BMT işçilərini qoruyacağına dair öhdəlik götürüb.

Bu vədi Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) nümayəndəsi ilə görüşən Əmir Xan Muttaki verib.

“Taliban” rəsmisi bəyan edib ki, onlar dünya birliyi ilə konstruktiv və qarşılıqlı əlaqələr yaratmaqda maraqlıdırlar.

Xatırladaq ki, ötən ilin iyul ayında Heratda UNAMA-nın əməkdaşı “Taliban” silahlısının açdığı atəş nəticəsində həyatını itirmişdi.

Mənbə: Sputnik Əfqanıstan

XƏBƏR LENTİ