Bakıda 80 yaşlı kişinin əl-qolunu bağlayıb, evini taladılar

Bakıda 80 yaşlı kişinin əl-qolunu bağlayıb, evini taladılarDİN-in “102 - Zəng Mərkəzi”nə aprelin 10-da saat 2 radələrində Biləcəri qəsəbəsində yaşayan 80 yaşlı N.Əlimuradovun yaşadığı evə girən 2 nəfərin onun əllərini iplə bağlayıb 260 manat pulunu və ərzaq mallarını talamaları barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər oğurluğa görə məhkum olunmuşlar - Kürdəmir rayon sakini İkram Məmmədov və Yevlax rayon sakini Tarıyel Vəliyev müəyyən edilərək saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın